SON DƏQİQƏ: Bakı metrosunda daha bir problem - Sərnişinlər düşürüldü

23:07 - 18 May 2022

SON DƏQİQƏ: Bakı metrosunda daha bir problem - Sərnişinlər düşürüldü

“Dərnəgül-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatarda "Koroğlu" stansiyasında nasazlıq yaranıb.

Bu barədə Manşet.az-a Bakı metropolitenindən bildirilib.

“Köməkçi qatar təyin edilib. Metropolitenin texniki-normativ tələblərinə uyğun olaraq, hər iki qatardan sərnişinlər düşürülüb.

Qatar hazırda xətdən çıxarılır. Nəticə etibarı ilə xətlərdə intervaldan əlavə 8 dəqiqəlik yubanma var”, - məlumatda deyilir.

Qeyd edək ki, metroda axşam saatlarında da nasazlıq yaranmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az