Mobil cihazlar da POS-terminal kimi istifadə ediləcək - ŞAD XƏBƏR

19:37 - 19 May 2022

Mobil cihazlar da POS-terminal kimi istifadə ediləcək - ŞAD XƏBƏR

POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirilib.

Manşet.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərar ilə nağdsız ödənişlərin qəbulunda lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihazların da POS-terminal kimi istifadəsi üçün hüquqi əsas yaradılıb, POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirilib.

Müvafiq dəyişiklik ucuz ödəniş üsullarından hesab edilən “mPOS” texnologiyasının tətbiqini təmin etməklə nağdsız ödənişlərin genişləndirilməsini, rəqəmsal ödənişlərin qəbulu üzrə alternativ həllərin artmasını, pərakəndə ticarət  dövriyyəsinin daha da şəffaflaşdırılmasını, bank və sahibkarların xərclərinin azaldılması təmin ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az