SON DƏQİQƏ: Onların da ölkəyə giriş-çıxışına icazə verildi - Rəsmi

20:24 - 19 May 2022

SON DƏQİQƏ: Onların da ölkəyə giriş-çıxışına icazə verildi - Rəsmi

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edilib.

Manşet.az xəbər verir ki, sabahdan hava nəqliyyatı vasitəsilə bir sıra ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Həmin ölkələrin siyahısını təqdim edirik:

Bolqarıstan Respublikası;

Butan Krallığı;

Cənubi Afrika Respublikası;

Qvatemala Respublikası;

Laos Xalq Demokratik Respublikası;

Livan Respublikası;

Mavriki Respublikası;

Misir Ərəb Respublikası;

Myanma İttifaqı Respublikası;

Nepal Federativ Demokratik Respublikası;

Paraqvay Respublikası;

Şimali Makedoniya Respublikası;

Şri-Lanka Demokratik Sosialist Respublikası;

Vyetnam Sosialist Respublikası.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az