Sumqayıtdakı peşə festivalında insident - Həbs edilən var

12:30 - 20 May 2022

Sumqayıtdakı peşə festivalında insident - Həbs edilən var

Mayın 18-də Sumqayıt şəhərində keçirilən peşə festivalı zamanı insident baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, festivala gələn 25 yaşlı S.Vəliyev uca səslə qışqırmağa, ünvansız söyüşlər söyməyə başlayıb. O, quraşdırılmış səhnədə musiqilər səsləndirən DJ-yə yaxınlaşaraq dediyi mahnını qoymasını tələb edib.

Ərazidəki polis əməkdaşları S.Vəliyevi saxlayaraq Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə aparıblar. Məlum olub ki, həmin şəxs sərxoş vəziyyətdədir.

S.Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib və məhkəməyə göndərilib. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ona 8 sutka həbs cəzası verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az