2021-ci ilin birinci yarımilində Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar idarəsi tərəfindən 70 şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.
Bu barədə Manset.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Həmçinin mülki mühakimə icraatı qaydasında və yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmələrdə baxılmış işlər üzrə 4 valideynin valideynlik hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə iddialar qaldırılıb, qanunsuz rəftara, əzab və işgəncələrə məruz qalmaları ilə əlaqədar 6 uşaq sığınacaq və körpələr evinə yerləşdirilib.