Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirildi - FOTOLAR

18:22 - 18 İyun 2022

Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirildi - FOTOLAR

İyunun 17-si Elmi-Tədqiqat Kardiologiya İnstitutunun yaranmasının 43-cü ildönümü və Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

 Manşet.az xəbər verir ki,Tibb işçiləri, dövlət xadimləri və media nümayəndələrinin iştirak etdiyi tədbirdə yeni Loqotipin və institutun yenilənmiş veb-saytının təqdimat mərasimi keçirilib, həmçinin rebrendinq işləri haqqında məlumat verilib.

 Vurğulanıb ki, 43 illlik tarixə malik olan Elmi-Tədqiqat Kardiologiya İnstitutu ölkənin kardiologiya sahəsində ən mühüm mərkəzlərindən biri hesab olunur və rəhbərlik tərəfindən aparılan məqsədyönlü işlər nəticəsində müəssisə artıq yeni inkişaf mərhələsinə qədəm qoyub.

Təqdim olunan yeni loqotip cəmiyyətin vahid olması simvolunu özündə əks etdirir və milli atributumuz olan səkkizgüşəli ulduz təsviri yaradır.

 Qeyd olunub ki, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun ölkənin kardiologiya sahəsində mövqeyini daha da gücləndirmək, eləcə də çevik və innovativ müəsissəyə çevirmək məqsədilə kompleks işlər həyata keçirilir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az