“WhatsApp”dan çoxdan gözlənilən daha bir YENİLİK

18:42 - 18 İyun 2022

“WhatsApp”dan çoxdan gözlənilən daha bir YENİLİK

Vatsapın (“WhatsApp”) tərtibatçıları “Android” və “iOS” sistemlərində messencerə yeniləmə təqdim ediblər. Yeniliklərdən biri odur ki, artıq qrup zənglərinin iştirakçılarının səsini söndürmək mümkün olacaq.

Manşet.az xəbər verir ki, bu barədə “FoneArena” məlumat yayıb.

İstifadəçilər indi qrup zəngi zamanı digər iştirakçıların səsini söndürə biləcəklər. Bu, həmsöhbətlərdən birinin mikrofonu söndürməyi unutduğu zaman çox faydalı ola bilər. Bu funksiya qrup zəngində iştirak edən hər kəs üçün əlçatan olacaq.

Bundan başqa, yenilənmədən sonra qrup zənginin iştirakçıları bir-birinə şəxsi mesajlar da göndərə biləcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az