Xaricə gedənlər meymunçiçəyi ilə bağlı ehtiyatlı olsunlar - İnfeksionist

12:04 - 20 İyun 2022

Xaricə gedənlər meymunçiçəyi ilə bağlı ehtiyatlı olsunlar - İnfeksionist

Dünyanın bir neçə ölkəsində yayılan meymunçiçəyi virusunun qonşu Gürcüstanda da aşkarlanması Azərbaycanda da əhali arasında bu xəstəliklə bağlı narahatlığı artırıb.

 

Manset.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən həkim-infeksionist Mərdan Əliyev bildirib ki, meymunçiçəyi virusunun COVID-19 kimi geniş yayılması real deyil:

"Meymunçiçəyi xəstəliyi daha çox Afrikada, xüsusilə də tropik meşələrin yaxınlığında müşahidə edilir. Lakin getdikcə digər qitələrdə, o cümlədən Avropa və Amerikada yayılmaqdadır. Azərbaycanda bu xəstəliyin yayılmasının qarşısını almaq üçün ilk öncə xaricdən gələn şəxslərə xüsusi nəzarət edilməlidir. Bununla yanaşı meymunçiçəyi virusunun qeydə alındığı ölkələrə gedən şəxslər çox ehtiyatlı davransınlar", -deyə infeksionist bildirib.

Qeyd edək ki, Səhiyyə Nazirliyindən bildiriblər ki, Azərbaycanda bu günə qədər meymunçiçəyi xəstəliyinə yoluxma qeydə alınmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az