Bakıda blogeri qətlə yetirən şəxsin məhkəməsi başladı

14:31 - 20 İyun 2022

Bakıda blogeri qətlə yetirən şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində bloger Əvəz Şıxməmmədovun (Hafizli) qətlə yetirilməsində təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Manset.az Trend-ə istinadən bildirir ki, təqsirləndirilən şəxs məhkəməyə gətirilməyib, o saxlandığı Bakı İstintaq Təcridxanasından onlayn qaydada məhkəmə iclasına qoşulub.
Bu cinayət işi üzrə araşdırmalar iyulun 4-də davam edəcək.

Xatırladaq ki, Əvəz Şıxməmmədov fevralın 22-də Bakının Balaxanı qəsəbəsində, yaşadığı evin həyətində bıçaqla qətlə yetirilib. Cinayəti törətməkdə təqsirləndirilən Əmrulla Güləliyev hadisənin mübahisə zəminində baş verdiyini bildirib. O CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az