Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 534 vaksin vurulub.
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 210, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 194, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 994, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 136 nəfərdir.
