Bakıda ilk kondisionerli avtobus dayanacağı istifadəyə verildi - FOTO

16:15 - 22 İyun 2022

Bakıda ilk kondisionerli avtobus dayanacağı istifadəyə verildi - FOTO

Bakıda sərnişinlərə komfort temperatur şəraitində avtobusun gəlməsini gözləməyə imkan verən ilk kondisioner (soyutma) sistemi olan avtobus dayanacağı istifadəyə verilib.

 

Manset.az "caliber.az"a istinadən xəbər verir ki, avtobus dayanacağı Bakının Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində, “Memar Əcəmi” metrostansiyasının çıxışının düz yanında, pilot Hüseynbala Əliyevin adını daşıyan küçədə quraşdırılıb.

Belə bir dayanacağın quraşdırılması Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyinin təşəbbüsüdür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az