logo
logo logo
logo

Atı güllələyərək öldürən şəxs tutuldu

11:57 - 05 İyul 2022

Atı güllələyərək öldürən şəxs tutuldu

Ağcabədi Rayon Polis Şöbəsinə iyulun 4-də Sarıcalı kənd sakini E.Məmmədova məxsus atın kənd ərazisində tüfənglə öldürülməsi barədə məlumat daxil olub.

 

Manset.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakini Emin Əliyev müəyyən edilərək saxlanılıb.

Ondan “Churchil” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az