Ukraynada müharibə davam edir.
Manset.az xəbər verir ki, Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Ukraynada bütün kommunikasiya xətlərini birləşdirən Vinnitsa şəhəri müharibə müddətində ilk dəfə silsilə raket atəşlərinə məruz qalıb.
O da qeyd edilib ki, ötən gün həmçinin Nikolayev də raket atəşlərinə məruz qalıb. Nəticədə yaşayış evləri, ticarət mərkəzi, o cümlədən motellər dağıntılara məruz qalıb.
“Hər iki ərazidəki raket hücumları insanların şəhərdə çoxluq təşkil etdiyi vaxtlarda olub”, - deyə əlavə olunub.