Azərbaycanda üzərinə divar uçan şəxs ÖLDÜ

09:55 - 04 Avqust 2022

Azərbaycanda üzərinə divar uçan şəxs ÖLDÜ

Qubada üzərinə divar uçan şəxs ölüb.

 

Manset.az "report"a istinadən xəbər verir ki, hadisə avqustun 3-ü saat 12 radələrində rayonun Xınalıq kənd ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Zeynalov Eldəniz Zal oğlu yaşadığı kənddə "Magro Costruction" MMC tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar fərdi yaşayış evinin divarlarını metal alətlə sökən zaman sökülən hissə üzərinə uçub. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az