DTX-nin saxladığı vəzifəli şəxslərdən daha birinin adı məlum oldu - YENİLƏNDİ (FOTOLAR)

15:36 - 01 Noyabr 2022

DTX-nin saxladığı vəzifəli şəxslərdən daha birinin adı məlum oldu - YENİLƏNDİ (FOTOLAR)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılan daha bir vəzifəli şəxsin bilinib.

 

Manset.az bizim media-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov da saxlanılıb.

14:34

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı daha bir vəzifəli şəxs saxlanılıb.

Manset.az bizim media-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində Nazirliyin Protokol Şöbəsinin rəisi Kamil Rzayev nəzarətə götürülüb.

13:48

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyindəki keçirdiyi əməliyyat zamanı nazir müavini istintaqa cəlb edilib.

Manset..az APA-ya istinadən xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də əməliyyatla bağlı başlanılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub.

Onu da qeyd edək ki, mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ildə DTX-nin keçirdiyi əməliyyatda saxlanılıb və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.

13:29

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib. 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb. 

Manset.az bildirir ki, saxlanılan Elnur Əliyev bir sıra qalmaqallı hadisələrlə yadda qalıb. Belə ki, nazirlikdə şöbə müdiri olan xanımla qeyri-rəsmi mübasibəti olan nazir müavini ilə ailə dostları arasında tədbirlərdən birində qalmaqal yaşanmış, işə polis qarışmışdı.

Xatırladaq ki, 1979-cu il təvəllüdlü E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az