Qanunsuz ağac kəsənlər cəzalandırıldı

13:06 - 07 Mart 2023

Qanunsuz ağac kəsənlər cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qəbələ rayonu, Hacallı kəndi ərazisində ağac kəsilməsi faktı qeydə alınıb.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib ki, araşdırma zamanı ağacın vətəndaş İlqar Nuhova məxsus obyektin ətrafında kəsildiyi müəyyən edilib.

“Faktla bağlı akt tərtib olunub və məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - B.Məmmədov əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az