COVID-19 pasportu olmayanlar "Sədərək" Ticarət Mərkəzinə buraxılmayacaq - AÇIQLAMA (VİDEO)

02:05 - 01 Sentyabr 2021

COVID-19 pasportu  olmayanlar \"Sədərək\" Ticarət Mərkəzinə buraxılmayacaq - AÇIQLAMA (VİDEO)

Sabahdan Nazirlər Kabinetinin qərarına əsasən, ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

“Sədərək" Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim  Manset.az-a açıqlamasında bildirib ki, sentyabrın 1-dən etibarən COVİD-19 pasportu olmayanlar “Sədərək"  TM-nə buraxılmayacaqlar:

“Bununla bağlı Sədərək Ticarət Mərkəzində hazırlıq işləri həyata keçirilir.Bazar hər gün təmizlənir, dezinfeksiya işləri aparılır.Artıq ticarət mərkəzində vaksinasiya prosesi həyata keçirilir. Sədərək TM-nin “Elit” adlanan hissəsində tibb məntəqəsi var. Burada sahibkarlar və müştərilər peyvənd olunurlar.Sentyabrın 1-dən etibarən keçid məntəqələrində mühafizəçilər dayanacaq. COVİD-19 pasportu olmayanlar əraziyə buraxılmayacaq. Alıcılardan xahiş edirik ki, vaksin olunmayan şəxslər peyvənd olunduqdan sonra alış-veriş üçün ticarət mərkəzinə yaxınlaşsınlar.Sahibkarlara da tapşırılıb ki, gələn müştərilərdən COVİD 19 pasportu tələb etsinlər.Bununla bağlı polis əməkdaşları, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən monitorinqlər keçiriləcək”.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az