ÜST həftəlik hesabatında yeni variantla bağlı diqqətçəkici açıqlamalar verib.
Manşet.az xəbər verir ki, yeni variant ilk dəfə bu ilin yanvar ayında Kolumbiyada aşkarlanıb. ‘B.1.621’ yəni "Mu variantı" olaraq adlandırılan yeni mutasiya getdikcə yayılır. Yeni variantın peyvəndlərə davamlı ola biləcəyi vurğulanıb.
ÜST-ün açıqlamasına görə, Kolumbiyada yoluxanların 39, Ekvatorda isə 13 faizini yeni variant təşkil edir.