Ucarda evdən meyit tapılıb.
Manset.az xəbər verir ki, Qazıqumlaq kənd sakini, 1954-cü il təvəllüdlü Gülmira Cəbrayılovanın yaşadığı evdə çürümüş meyiti aşkar edilib.
İlkin araşdırma zamanı qadının uzun illər ürək xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Hadisə yerinə baxış zamanı müxtəlif növdən olan dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.