SON DƏQİQƏ: Azərbaycanda bu yüksək vəzifəlilər işdən çıxarıldı - Yeni TƏYİNATLAR

19:24 - 20 İyun 2023

SON DƏQİQƏ: Azərbaycanda bu yüksək vəzifəlilər işdən çıxarıldı - Yeni TƏYİNATLAR

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "ADY Ekspress" MMC-nin direktoru Vüqar Mirqasımov və "ADY Konteyner" MMC-nin direktoru Natiq Cəfərov vəzifələrindən azad ediliblər.

 

Manset.az xəbər verir ki, şirkətlərə rəhbərlik müvafiq olaraq Əkbər Mədətliyə və Rəşad Məcidova həvalə olunub.

Ə.Mədətli vaxtilə "Atəşgah Sığorta" ASC-nin İdarə Heyəti sədrinin I müavini işləyib, R.Məcidov isə bundan əvvəl “ADY Konteryner”in Biznesin inkişafı üzrə direktoru olub.

Xatırladaq ki, "ADY Ekspress" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 911 634 manatdır. "ADY Konteyner" isə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 000 830 manatdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az