Balaxanı-Mehdiabad-Binəqədi avtomobil yolunun bir hissəsi təmir edildi

17:40 - 21 İyun 2023

Balaxanı-Mehdiabad-Binəqədi avtomobil yolunun bir hissəsi təmir edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Balaxanı-Mehdiabad-Binəqədi avtomobil yolunun Mehdiabad qəsəbəsinə giriş hissəsində aparılan təmir işlərini yekunlaşdırıb.

 

Manset.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, təmir işləri 4 500 kvadratmetr sahəni əhatə edib. Görülən işlər çərçivəsində sözügedən hissədə köhnə və yararsız asfalt-beton örtüyü frezlənib, yeni asfalt-beton örtüyünün döşənməsi, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az