logo
logo logo
logo

Avqustun 31-də bir qrup müəllim üçün sertifikasiya imtahanı keçiriləcək

18:25 - 29 Avqust 2023

Avqustun 31-də bir qrup müəllim üçün sertifikasiya imtahanı keçiriləcək

Avqustun 31-də pedaqoji stajı 3 il olan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlər, həmçinin sertifikasiyada könüllü şəkildə iştirak etmək istəyən yaşı 60 və daha çox olan təhsilverənlər test imtahanı verəcəklər.

 

Manset.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, iki mərhələdə keçiriləcək hər bir seansda 1400-dən çox müəllimin iştirak edəcəyi gözlənilir: “Nəticələr təsdiq edildikdən sonra yaxın həftələrdə müsahibə mərhələsi ilə bağlı məlumat veriləcək. Müsahibələrin onlayn formada keçirilməsi nəzərdə tutulur”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az