Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılır

09:57 - 01 Sentyabr 2023

Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılır

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.

 

Bu barədə Manset.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Səbəb 1-15 sentyabrda qrupların komplektləşdirilməsi ilə bağlıdır. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az elektron sistemi üzərindən həyata keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az