Abşeronda qanunsuz tikintinin qarşısı alındı - VİDEO

11:22 - 01 Sentyabr 2023

Abşeronda qanunsuz tikintinin qarşısı alındı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

Manset.az xəbər verir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikinti aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən müvafiq tədbirlər nəticəsində qeyd edilən qanunsuz tikili sökülərək ərazi nəzarətə götürülüb.

Bundan başqa, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində də kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müvafiq icazəverici sənədləri olmadan inşa edilən fiziki şəxsə aid tikili Agentliyin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə sökülərək ərazi nəzarətə götürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az