Türkiyədə sel suları can aldı - VİDEO

11:16 - 04 Sentyabr 2023

Türkiyədə sel suları can aldı - VİDEO

Türkiyənin Nevşehir şəhərinin Gülşehir rayonunda sel suları can alıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Şevket Şimşeyin idarə etdiyi avtomobil hərəkətdə olarkən yağış yağmağa başlayıb. Avtomobil də sel tərəfindən sürüklənib və nəticədə Şevket Şimşek və həyat yoldaşı Zöhre Şimşek həyatını itirib.

Hadisə yerinə jandarma və sağlamlıq qrupları cəlb olunub.

Cütlüyün cəsədləri təxminən 3 saatlıq axtarışlardan sonra avtomobillərindən 500 metr aralıda tapılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az