Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı rayonun icra başçısı Taleh Qaraşov sərəncam imzalayıb.
Sərəncama əsasən, Ülviyyə Əliyeva icra başçısının müavini - İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ü.Əliyeva buna qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb. O, hazırkı vəzifəsində ötən il cinayət məsuliyyətinə cəlb edilərək vəzifəsindən azad olunan Rasilə Arifqızını