Nazirlikdən məktəbli formaları ilə bağlı AÇIQLAMA

14:30 - 05 Sentyabr 2023

Nazirlikdən məktəbli formaları ilə bağlı AÇIQLAMA

Vahid məktəbli formasından imtina etməklə bağlı Elm və Təhsil Nazirliyinə müraciət daxil olmayıb.

 

Manset.az xəbər verir ki, bu barədə "Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Qeyd edək ki, yeni tədris ilindən etibarən ölkə məktəblərində vahid məktəbli forması istifadə olunacaq. Hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq 4 nümunədə geyim formasından birini seçib və bununla bağlı müvafiq qərar qəbul edib. Geyim forması azı 3 tədris ilində dəyişilməz qalacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az