“Qarabağ” rəsmisi ECA-da vəzifəyə seçildi

12:30 - 07 Sentyabr 2023

“Qarabağ” rəsmisi ECA-da vəzifəyə seçildi

Qarabağ Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) qərarverici orqanı olan İcraiyyə Şurasına üzv seçilib.

 

Manset.az xəbər verir ki, o, qurumun Berlində təşkil olunan Assambleyası çərçivəsində bu gün keçirilən seçkidə klubların səs çoxluğunu qazanıb. Bununla da A.Əsgərov beynəlxalq nüfuzlu futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olub. 

Qeyd edək ki, Avropa Klublar Birliyi özündə qitənin 500-dək klubunu birləşdirir. Azərbaycandan həmin təşkilatda “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “Sumqayıt” təmsil olunur. 

A.Əsgərovun namizədliyini Avropanın bir neçə aparıcı klubu irəli sürüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az