PKK-nın rəhbərlərindən biri məhv edildi

17:50 - 07 Sentyabr 2023

PKK-nın rəhbərlərindən biri məhv edildi

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın Rumeylan bölgəsində antiterror əməliyyatı keçirib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, PKK/YPG terror qruplaşmasının rəhbərlərindən olan "Rojna" kod adlı Zülfiye Binbir məhv edilib.

O, terror təşkilatının iqtisadi məsələlər üzrə "məsul şəxsi" olub.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Zülfiye Binbir 1993-cü ildə PKK-nın heyətinə qoşulub.

Amed və Qarzan əyalətlərində xidmət etdikdən sonra 1997-ci ildə İraqa keçib və 2004-cü ilə qədər bu ərazidə terror fəaliyyətini davam etdirib.

Zülfiye Binbir 2021-ci ildən təşkilatın Kamışlıdakı maliyyə/iqtisadiyyat rəhbərləri arasındadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az