Paytaxtın Alı Mustafayev küçəsi, 3 mkr. dairəsində, körpünün üstündə yolda texniki nasaz nəqliyyat vasitəsi qalıb.
Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bu səbəbdən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb.
Sıxlığı aradan qaldırmaq üçün yol polisi əməkdaşları əraziyə cəlb olunub.