Reklamsız “Instagram” və “Facebook”un aylıq ödənişləri AÇIQLANDI

13:11 - 04 Oktyabr 2023

Reklamsız “Instagram” və “Facebook”un aylıq ödənişləri AÇIQLANDI

Meta Avropadakı "Instagram” və "Facebook” istifadəçiləri üçün reklamsız aylıq abunə sistemi üzərində işləyir. 

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, indi sözügedən paketin qiymətləri açıqlanıb.

Meta ilə Avropa Birliyi (AB) arasında bir müddətdir ki, məlumat məxfiliyi və reklamla bağlı fikir ayrılıqları var.

Yeni məlumatlara görə, Meta plan çərçivəsində masaüstü istifadəçilərdən "Facebook” və ya "Instagram” hesabı üçün ayda təxminən 10 avro və hər bir əlavə əlaqəli hesab üçün təxminən 6 avro tələb edəcək.

Mobil cihazlarda qiymət ayda təxminən 13 avroya qədər artacaq. Çünki Meta Apple və Google-un tətbiq mağazalarının tətbiqdaxili ödənişlərdən aldığı komissiyaları da nəzərə alacaq.

Tətbiqdən pulsuz istifadə etməyə davam edən istifadəçilər reklamları görməyə davam edəcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az