“Rəsmi Bakı Qarabağda separatçı liderlərin bir çoxunu saxlamağa nail olub” - Politoloq

17:58 - 05 Oktyabr 2023

“Rəsmi Bakı Qarabağda separatçı liderlərin bir çoxunu saxlamağa nail olub” - Politoloq

“Azərbaycan Qarabağda hərbi cinayətlər törədən separatçı liderlərin əksəriyyətini saxlamağa nail olub”.

 

Manset.az report-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq, jurnalist və ictimai xadim Maksim Şevçenko deyib.

“Azərbaycan Qarabağda separatçıları həbs etməyə nail olub: “Royal-fleş” üçün sadəcə Sarqsyan və Koçaryan çatışmır”.

O qeyd edib ki, İkinci Dünya müharibəsindən bəri bu sayda hərbi cinayətkar eyni vaxtda saxlanılıb, cinayət məsuliyyətinə cəlb olunmayıb: “Rusiya təbliğatı bu məsələdə Nikol Paşinyanı günahlandırır, amma adi oxucu sual verir: Rusiya “Artsax layihəsi” üçün Azərbaycanla müharibə aparmalı idimi?”

Xatırladaq ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Ruben Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Sentyabrın 29-da “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində DSX əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.

Oktyabrın 3-də “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Xankəndi şəhərində saxlanılmış, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.

Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə DTX tərəfindən saxlanılaraq Bakıya gətirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az