Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Nuralı Laçın Eynulla oğlu tanışı ilə dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.