Bakıda hava limanında külli miqdarda psixotrop maddə aşkarlandı

11:08 - 09 Oktyabr 2023

Bakıda hava limanında külli miqdarda psixotrop maddə aşkarlandı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı Karqo Terminalında beynəlxalq sürətli poçtdaşıma şirkəti vasitəsi ilə Azərbaycandan Yeni Zelandiyaya göndərilən poçt bağlamasına keçirilmiş baxış zamanı gömrük nəzarətindən gizlədilən 3 ədəd bükümdə külli miqdarda, 1000,98 qram metamfetamin psixotrop maddəsi aşkar edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirlib ki, faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (Qanunsuz olaraq psixotrop maddələrini əldə etmə, saxlama) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq zamanı qeyd edilən cinayəti törətmiş şəxs müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işinin istintaqı davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az