Azərbaycanın şimal bölgəsinin ən yaşlı sakini dünyasını dəyişdi

16:40 - 09 Oktyabr 2023

Azərbaycanın şimal bölgəsinin ən yaşlı sakini dünyasını dəyişdi

Azərbaycanın şimal bölgəsinin ən yaşlı sakini Əmrah Məmmədov 102 yaşında vəfat edib.

 

Manset.az xəbər verir ki, Siyəzən rayonunda yaşayan Məmmədov Əmrah Hacəli oğlu 1921-ci il yanvarın 20-də rayonun Böyük Həmyə kəndində anadan olub. İkinci Dünya müharibəsində iştirak edən Ə.Məmmədov Azərbaycanla yanaşı, Rusiya və Ukrayna hökumətləri tərəfindən də faşizm üzərində qələbənin yubiley medalları ilə təltif olunub.

1947-ci ildə ailə həyatı quran Əmrah Məmmədovun 8 övladı, 34 nəvəsi, 60-a yaxın nəticəsi və 10-a yaxın kötücəsi olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az