Sabah Bakının bu ərazilərində qaz olmayacaq

23:09 - 09 Oktyabr 2023

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

10.10.2023-cü il saat 09:30-dan “Xırdalan” QPS-də yeni quraşdırılmış kollektorun birləşməsi işləri, “Hövsan” QTM-də baypas xəttin quraşdırılması ilə əlaqədar “BMSK” ölçü qovşağından və “Bahar” QPM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Manset.az xəbər verir ki, bu haqda “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsinin və Suraxanı rayonunun Hövsan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az