İmamqulubəyli kəndində keçirilən aksiyada cəmi 8 müraciət ünvanlandı - FOTOLAR

16:46 - 06 Oktyabr 2023

İmamqulubəyli kəndində keçirilən aksiyada cəmi 8 müraciət ünvanlandı - FOTOLAR

Fərdi yaşayış evindəki qaz tənzimləyicinin yenisi ilə əvəz olunması, debitor borcun araşdırılması və qaz sayğacının yerinin dəyişdirilməsi ilə yanaşı, digər müraciətlər də Ağdam rayonunda təşkil olunan “Səyyar qəbul otağı”nda səsləndirilib.

 

Manset.az xəbər verir ki, digər müraciətlərə gəlincə, Əlyəddin Mustafayev qaz xəttindəki sızma barədə rəhbər şəxsləri məlumatlandırıb.

Kənd sakinlərindən biri Allahverdi Qasımov isə debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsini xahiş edib. İmamqulubəyli kəndinin sakinləri müraciətlərini ünvanladıqdan sonra Birliyin rəhbər şəxsləri tərəfindən vətəndaşlara onları narahat edən problemlərlə bağlı ətraflı məlumat verilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az