35 yaşlı kişi öldürüldü - Əmisi oğlu saxlanıldı

13:59 - 13 Oktyabr 2023

35 yaşlı kişi öldürüldü - Əmisi oğlu saxlanıldı

Sabunçu Rayon Prokurorluğu da qətllə bağlı məlumat yayıb.

 

Manset.az-a bildirilib ki, araşdırmalarla 1984-cü il təvəllüdlü Nəsimi Hüseynovun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək əmisi oğlu Elməddin Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Nəsimi Hüseynov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

Sabunçu rayonu Bakıxanov qəsəbəsində 35 yaşlı Hüseynov Elməddin Ədilxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 39 yaşlı Hüseynov Nəsimi Sətdar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində olub.

Hazırda faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az