Penitensiar Xidmət və DİN əməliyyat keçirdi - Axtarışda olan şəxs tutuldu

14:32 - 13 Oktyabr 2023

Penitensiar Xidmət və DİN əməliyyat keçirdi - Axtarışda olan şəxs tutuldu

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

 

Penitensiar Xidmətdən Manset.az-a verilən məlumata görə, əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz  narkotik dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan edilmiş Saray qəsəbə sakini Natiq Hüseyin oğlu Zeynalov Bakı İstintaq Təcridxanasının qarşısında saxlanılıb.

O, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az