YAP Yasamal rayon təşkilatında Prezident cənab İlham Əliyevin prezident seçilməsinin 20-ci il dönümü ilə əlaqədar “Tarix yazan Lider” mövzusunda gənclərlə görüş keçirilib.
Manset.az xəbər verir ki, görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisinin deputatı Elnur Alahverdiyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və rayonun aktiv gəncləri iştirak edib.
Görüşdən öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Görüşdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Prezident cənab İlham Əliyevin 20 illik uğurlu fəaliyyətinə həsr olunmuş videoçarx nümayib olunub.
Giriş nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq strategiyasının bu sahədə də uğurla reallaşması respublikamızı regionun lider dövlətinə, qlobal miqyaslı nüfuz sahibinə çevirmişdir. Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident cənab İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir. Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Ali Baş Komandanıdır. Bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi isə dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümü tamam olan Prezident cənab İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından oldu. Xalqımıza böyük qürur bəxş edən 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər və lokal xarakterli antiterror tədbiri nəticəsində suverenliyimizin tam olaraq bərpa olunması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "Dəmir yumruğ"unun qəti qələbəsinin göstəricisi oldu. Zəfər indi işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı quruculuq, nəhəng dirçəliş və yeniləşmə proseslərilə uğurla davam edir. Bu tarixi mərhələdə də Prezident cənab İlham Əliyevlə birgə Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi dəstək, həyata keçirdiyi təşəbbüslər də xüsusi önəm daşıyır.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev çıxış edərək qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, onun layiqli davamçısı, möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bu gün xalqımız əmindir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu möhkəm əllərdədir. Bu kursu davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycanı hər ötən gün inkişaf etdirərək yeni zirvələrə aparır, ölkəmizi və xalqımızı inamla daha firavan gələcəyə aparır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun arzularını reallaşdıran, qələbədən qələbəyə doğru aparan Prezident cənab İlham Əliyev kimi Lideri var. Prezident cənab İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail oldu. Prezident cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və lokal xarakterli antiterror tədbiri nəticəsində tam bərpa olunan suverenliyimiz də bu uğurların məntiqi
nəticəsidir. Yeni reallıqlar isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha böyük, möhtəşəm nailiyyətlər əldə etməsinə hədəflənib.
Çıxış edən Milli Məclisin deputatı Elnur Allahverdiyev vurğulayıb ki, bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Ümummilli lider Heydər Əliyevin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha təsdiqini tapır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəniyyət mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısıdır. Ötən 20 il ərzində ölkə iqtisadiyyatının şaxələndirilməsi və sosial rifah sahələrində mühüm nailiyyətlər əldə edilib. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərlə torpaqlarımızın işğaldan azad olunması və lokal xarakterli antiterror tədbiri ilə suveren hüquqlarımızın tam bərpa edilməsi bir daha göstərdi ki, Azərbaycan regionda sülhün və sabitliyin əsas təminatçısıdır.
Çıxışlardan sonra görüş qarşılıqlı diskusiya şəklində davam edib.
Görüş bədii hissə ilə yekunlaşıb.
Sonda xatirə şəkli çəkdirilib.