logo
logo logo
logo

YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edildi - FOTOLAR

16:56 - 13 Oktyabr 2023

YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edildi - FOTOLAR

Prezident cənab İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Yasamal rayonu “S.Əsgərova küç. 85” (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatında Partiyaya yeni qoşulanlara üzvlük vəsiqələrinin təqdim edilməsi ilə bağlı iclas keçirilib.

 

Manset.az xəbər verir ki, iclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, “S.Əsgərova küç. 85” (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Anar Əliyev, YAP Yasamal rayon təşkialtının əməkdaşları və ərazi üzrə partiya təşkilatının nümayənədləri iştirak edib.

İclasda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli uğurlara imza atır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirir. B.Nəbiyev YAP-ın qarşıya qoyulan vəzifələrinin yerinə yetirilməsində rayon və ərazi partiya təşkilatlarının da rolunu, onların mütəşəkkil, aktiv fəaliyyətinin vacibliyini qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, “S.Əsgərova küç. 85” (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Anar Əliyev çıxış edərək qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə misilsiz xidmətlərini, Ulu Öndərin müəllifi olduğu sosial inkişaf strategiyasının nailiyyətlərini diqqətə çatdırıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi Azərbaycanın sürətli tərəqqisini, tarixi nailiyyət və qələbələr, həmçinin sosial sahədə mühüm uğurlar əldə olunmasını təmin edib.

İclasda Partiyaya yeni qoşulmuş əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib və onlara gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulanıb.

İclasda Partiyanın üzvlüyünə qəbul olunan əməkdaşlar çıxış edərək bildiriblər ki, bu gün onların həyatında çox əlamətdar hadisə kimi qalacaq. İnkişaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyət və şərəfdir.

 

Sonda xatirə şəkli çəkdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az