Bu gün bəzi kütləvi informasiya vasitələrində 14 Azərbaycan vətəndaşının HƏMAS terror qruplaşması tərəfindən əsir götürülməsi iddiası yayılıb.
Qeyd olunub ki, HƏMAS terrorçuları İsraildə 14 Azərbaycan vətəndaşını əsir götürüb, 3 nəfəri öldürüb, 1 nəfər isə itkin düşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Manset.az-a bildirib ki, sözügedən iddia hələ öz təsdiqini tapmayıb. Səfirliyimiz araşdırma aparır.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
***
14 Azərbaycan vətəndaşı HƏMAS terror qruplaşmasının əsirliyindədir.
Manset.az News24.az-a istinadən xəbər verir ki, bu barədə "Guney Azfront" teleqram kanalı məlumat yayıb.
HƏMAS terror qruplaşması son hücumları nəticəsində həlak olan və itkin düşən məhbusların siyahısını 44 ölkə vətəndaşının daxil olduğu “Əl-Əqsa fırtınası” adlı milliyət təsnifatı ilə təqdim edib.
Siyahıya əsasən, HƏMAS terrorçuları İsraildə 14 Azərbaycan vətəndaşını əsir götürüb, 3 nəfəri öldürüblər, 1 nəfər isə itkin düşüb
