logo
logo logo
logo

Bakıda ən çox bu avtomobillərlə qəza törədilir – Rəsmi AÇIQLAMA

21:40 - 17 Oktyabr 2023

Bakıda ən çox bu avtomobillərlə qəza törədilir – Rəsmi AÇIQLAMA

Demək olar ki, hər gün yol qəzaları ilə bağlı xəbərlərə rast gəlirik. Əvvəllər də aidiyyatı qurumlardan verilən açıqlamalarda bildirilib ki, hadisələrin çoxu yüksək sürətdən, sürücülərin yuxusuzluğundan, manevr qaydalarının pozulmasından və s. baş verir. Son illər isə taksi fəaliyyətindən aktiv istifadə qəzaların sayını daha da artırıb.

 

Manset.az  lent.az-a istinadən bildirir ki, yol nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biri də avtomobillərin nasazlığından irəli gəlir. Bütün bu nüansları nəzərə alsaq, Bakıda ən çox qəza törədilən avtomobil markalarının adlarını öyrənməyə çalışdıq.
Ətraflı

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis mayoru Araz Əsgərli bildirib ki, aparılan təhlil və real vəziyyət onu deməyə əsas verir ki, qəzaların mütləq əksəriyyəti yəni, əsas iştirakçıları sərnişindaşımada istifadə olunan minik vasitələridir:

"Konkret olaraq qəza törədən avtomobillərin markaları üzrə statistika aparılmır. Amma baş verən hadisələrin sayına baxsaq, görərik ki, qəzaların böyük əksəriyyəti "Prius"lar, "Ravon"lar, "Kia"lar və "Mercedes"in köhnə modelləri yəni, aşağı büdcəli olanlarıdır. Belə avtomobillərin də mütləq əksəriyyəti taksi fəaliyyəti üçün istifadə edilir. İstər qayda pozuntuları olsun, istərsə də, yol nəqliyyat hadisələri bu sahədə gündəlik marşrutlar üzrə istifadə olunan nəqliyyat vasitələri ön sırada dayanır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az