Xəzər dənizinin səviyyəsi 1 metrdən aşağı düşdü

17:14 - 20 Oktyabr 2023

Xəzər dənizinin səviyyəsi 1 metrdən aşağı düşdü

Son 10 ildə Xəzər dənizinin səviyyəsi 114 sm aşağı düşüb.

 

Manset.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O bildirib ki, hazırda Xəzər dənizinin səviyyəsi Baltik dənizi ilə müqayisədə -28,78 metr təşkil edir:

"Son 5 ildə səviyyə 69 santimetr, 10 ildə isə 114 santimetr aşağı düşüb. Bu, bütün Xəzəryanı ölkələri narahat edən problemlərdən biridir. Ötən ilin oktyabrında Azərbaycanın təşəbbüsü ilə bu məsələ ilə bağlı konfrans keçirilmişdi. Noyabrın 2-də növbəti konfrans keçiriləcək. Əməkdaşlarımız həmin konfransa hazırlaşırlar. Orada adaptasiya tədbirlərinin hazırlanması və problem ətrafında müzakirələr aparılacaq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az