“WhatsApp”da çatlarla bağlı yeni funksiya - FOTO

09:22 - 20 Dekabr 2023

“WhatsApp”da çatlarla bağlı yeni funksiya - FOTO

“WhatsApp”dan istifadəçilərin işini yüngülləşdirəcək yeni funksiya gəlir.

 

Manset.az xəbr verir ki, tətbiqə söhbətləri təsnif etməyə kömək edən mühüm filtrlər əlavə edilib. Filtrlər söhbət siyahısının yuxarı hissəsində yerləşdirilib.

Yeni filtrlərin siyahısına “Oxunmamış”, “Kontaktlar” və “Qruplar” dialoq seçimləri daxil olacaq.

Tərtibatçıların sözlərinə görə, bu yenilik müəyyən növ çatlara tez daxil olmağa imkan verəcək. Məsələn, “Oxunmamış” filtri yalnız oxunmamış mesajları ehtiva edən dialoqları, “Qruplar” isə yalnız qrup söhbətlərini göstərir.

Yeni funksiyadan hələlik beta testerlər istifadə edə bilirlər, yaxın gələcəkdə isə bütün istifadəçilər üçün əlçatan olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az