Küçədə sərxoş kişiyə basqın edən şəxsə ağır cəza

13:34 - 20 Dekabr 2023

Küçədə sərxoş kişiyə basqın edən şəxsə ağır cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Sami Fərhadovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Manset.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Daş Karxanası, Elşən Mehdiyev küçəsində qeydə alınıb.

Belə ki, Sami Fərhadov kafedən sərxoş vəziyyətdə çıxan zərərçəkmiş Vüsal Hacıyevə (şərti) yaxınlaşaraq, ona zorakılıqla basqın edib. O, zərərçəkmişə yumruğu ilə qəsdən baş nahiyəsindən zərbələr endirərək ona xəsarət yetirib. Daha sonra Sami yerə yıxılan Vüsalın şalvarının ciblərinin içərisində 20 manat dəyərində mobil iki nömrəni, 650 manat dəyərində “POCO” markalı mobil telefonunu, içərisində 1 500 manat pulu, şəxsiyyət və sürücülük vəsiqələri olan 10 manat dəyərində pulqabını ələ keçirərək, zərərçəkmiş şəxsə ümumilikdə 2 180 manat məbləğində maddi ziyan vurub.

Hadisəsən sonra Sami Fərhadov cinayət məsuliyyətinə cəlb edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az