logo
logo logo
logo

"İnformasiya bolluğu çox zaman "informasiya çirkliliyinə" səbəb olur" - Pərvanə İbrahimova

17:49 - 20 Dekabr 2023

\"İnformasiya bolluğu çox zaman \"informasiya çirkliliyinə\" səbəb olur\" - Pərvanə İbrahimova

Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova internetin həyatımıza daxil olması ilə çoxtərəfli informasiya axınının yarandığını deyib.

 

Manset.az xəbər verir ki, o, bu barədə "Media savadlılığı" konfransında danışıb.

Ekspert bildirib ki, informasiya bolluğu çox zaman "informasiya çirkliliyinə" də səbəb olur: "Bu isə media savadlılığının əhəmiyyətini bir daha ortaya qoyur. Həm informasiya istehsalçısı, həm də informasiyanı qəbul edən tərəf mediasavadlı olmalıdır. Mediasavadlı şəxs müəyyən bacarıqlara malik olmalı, informasiyanın dəqiqliyini yoxlamalı, ardınca isə onu yenidən istehsal etməlidir".

O xatırladıb ki, gənclər günlərinin xeyli hissəsini sosial mediada keçirir və proseslərə səssiz qalmırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az