logo
logo logo
logo

1 həftəyə 1 milyon baxış

13:24 - 04 Yanvar 2024

1 həftəyə 1 milyon baxış

Xalq artisti Aygün Kazımovanın bir həftə əvvəl təqdim etdiyi “Bilmək olmaz” klipi qısa müddətdə yüksək izlənmə sayı toplayıb.

 

Manset.az Axşam.az-a istinadən xəbər verir ki, ekran işi 1 həftə içində yutubda 1 milyondan çox izlənib.

"Bilmək olmaz" yutubda trenddə ikinci sırada yer alıb. Mahnıya TikTok-da xüsusi maraq yaranıb, saysız videolar çəkilib.

Pop diva klipin kamera arxası görüntülərini paylaşaraq "Sevginiz üçün sonsuz təşəkkürlər" sözlərini yazıb.

Qeyd edək ki, ölkənin əsas ulduzu klip çəkilişləri üçün Türkiyəyə yollanıb. Ekran işinin rejissoru Selim Akardır. Klipdə Peris Hiltonun fotomodeli Marian Draqan çəkilib. Bəstənin müəllifi Mirodur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az