Azərbaycanda bu məhsulun qiyməti ucuzlaşa bilər - VİDEO

13:35 - 04 Yanvar 2024

Azərbaycanda bu məhsulun qiyməti ucuzlaşa bilər - VİDEO

Balıq bazarında ciddi ucuzlaşma gözlənilir.

 

Manset.az Xəzər TV-yə istinadən bildirir ki, balıq delikateslərinin, o cümlədən qara kürü və nərə balığının istehsalı və satışı ilə məşğul olan Həştərxan şirkətləri ilk dəfə olaraq öz məhsullarını Azərbaycana tədarük etməyə başlayıblar.

Bildirilib ki, bazara xarici məhsulların kütləvi şəkildə daxil olması qiymətləri 50 faizə qədər endirə bilər.

Sahibkarlar bu halın bir neçə il öncə də baş verdiyini qeyd edib. Nəticədə isə burada maya dəyəri 10 manat olan balıq 4 manata təklif edilib. Bu isə bazarda canlanmaya səbəb olub.

İlkin Novruzov vurğulayıb ki, xaricdən gətirilən balıq məhsullarının ucuz olmasına səbəb orada istehsal müəssisələrinin çox, saxlanc yerlərinin də Azərbaycandakılardan dəfələrlə böyük olmasıdır.

Hazırda isə bazarda balıqların qiymətləri 6-18 manat arasında dəyişir.

Qeyd edək ki, Həştərxandan təkcə dondurulmuş balıq yox, həm də konservləşdirilmiş məhsullar idxal olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az