Sərhəddə nə qədər maşın gözləyir...

18:37 - 08 Yanvar 2024

Sərhəddə nə qədər maşın gözləyir...

Son bir ayda sıxlıq müşahidə edilən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 65 yük maşını gözləyir.

 

Bu barədə Manset.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, hazırda ölkənin sərhəd-keçid məntəqələrində 176 ədəd yük maşını gözləyir: “Samur” gömrük postunda 45, “Biləsuvar” gömrük postunda 38, “Mazımqara” gömrük postunda 16, "Astara" gömrük postunda 7 və “Xanoba” gömrük postunda 5 yük maşını var.

Xatırladaq ki, “Qırmızı Körpü” gömrük postunda ötən gün gözləmədə yük maşını olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az